PSJ-nin cinah oyunçusu Bredli Barkolanın gələcəyi hələ də qeyri-müəyyəndir.
İdmanxeber.az-ın məlumatına görə, Fransa millisinin üzvü ilə müqavilənin uzadılması üzrə danışıqlar dayanıb və bundan istifadə etmək istəyən “Liverpul”la “Arsenal” vəziyyəti yaxından izləyir.
Məlumata görə, hər iki Premyer Liqa klubu yaxın həftələrdə rəsmi addım ata bilər.
23 yaşlı futbolçu ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 51 oyuna çıxaraq 21 qol vurub və 18 məhsuldar ötürmə edib.

