“Tottenhem” “Nyukasl”ın italiyalı yarımmüdafiəçisi Sandro Tonalini transfer etmək üçün səylərini artırıb.
İdmanxeber.az-ın məlumatına görə, London klubu ilk təklifi rədd edildikdən sonra 100 milyon funt sterlinqlik yeni təklif hazırlayıb. Bildirilir ki, baş məşqçi Roberto De Zerbi Tonalini yay transfer pəncərəsinin əsas hədəfi hesab edir.
“Nyukasl” daha əvvəl futbolçu üçün məhz bu məbləği tələb etmişdi və indi tərəflər arasında danışıqların sürətlənəcəyi gözlənilir.
26 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 44 oyunda 6 qol vurub, 9 məhsuldar ötürmə edib. Transfer baş tutacağı təqdirdə bu, yayın ən bahalı keçidlərindən biri olacaq.

