29 İyun 2026
Ölkə futbolu

“İmişli” Kaşkilya ilə yolları ayırdı – RƏSMİ

“İmişli” baş məqşçi Jorj Kaşkilya ilə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə başa çatan müqavilə yenilənməyib. Bölgə təmsilçisi həmçinin onun köməkçiləri Kriştianu De Souza və Gilyerme Kadete ilə də əməkdaşlığa son verib.

Xatırladaq ki, Jorj Kaşkilya ötən ilin yayından “İmişli”ni çalışdırırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43