“Mançester Yunayted”in və Uruqvay millisinin yarımmüdafiəçisi Manuel Uqarte dizinin çarpaz bağlarını qırıb.
İdmanxeber.az-ın məlumatına görə, o, dünya çempionatının qrup mərhələsində aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. 25 yaşlı futbolçunun ilin sonuna qədər oynaya bilməyəcəyi gözlənilir.
Bu zədə “Mançester Yunayted”in yay transfer planlarına da təsir göstərə bilər.

