30 İyun 2026
Dünya futbolu

“Fənərbağça” Qrinvud üçün təklifini artırır

“Fənərbağça” “Marsel”in hücumçusu Meyson Qrinvudun transferi üçün fəaliyyətini sürətləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə təmsilçisinin təklifini 40 milyon avroya yüksəltməyə hazırlaşdığı bildirilir. Futbolçunun nümayəndələri ilə danışıqlarda irəliləyiş əldə olunsa da, yekun qərarı Fransa klubu verəcək.

24 yaşlı hücumçu ötən mövsüm 48 oyunda 24 qol vurub və 8 məhsuldar ötürmə edib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43