“Neftçi” Ukrayna millisinin sabiq hücumçusunu transfer etmək istəyir
İdmanxeber.az yerli mətbuata istinadən xəbər verir ki, Bakı təmsilçisi hazırda “Zorya Luqansk”ın 34 yaşlı forvardı Filipp Budkovskiy transferi üçün danışıqlar aparır.
Bildirilir ki, baş məşqçi Yuri Vernidub həmyerlisini yenidən komandasında görmək istəyir.
Hücumçu karyerası ərzində Belçika, Rusiya və Fransada da çıxış edib.
Təcrübəli hücumçu 2025/26 mövsümündə “Zorya”nın heyətində 29 oyunda meydana çıxaraq 13 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Ukrayna klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

