“Araz-Naxçıvan”dan ayrılan futbolçu karyerasını digər Premyer Liqa klubunda davam etdirə bilər.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət Bəxtiyar Həsənalızadədən gedir. Gəncə təmsilçisi təcrübəli müdafiəçi ilə maraqlanır. “Sarı-göylər” futbolçunu heyətinə qatmaq niyyətindədir.
Hazırda azad agent olan Həsənalızadənin Gəncə klubunda çıxış edib-etməyəcəyi bəlli deyil. Ancaq “Kəpəz” müdafiə xəttini onunla gücləndirmək istəyir və yaxın zamanda transferin tamamlanması üçün çalışır.
Xatırladaq ki, müdafiəçi 2023-cü ilin iyulunda Gəncə təmsilçisi ilə müqavilə imzalasa da, Türkiyənin “Tuzlaspor” klubundan təklif aldığından avqustun əvvəlində qarşılıqlı razılıq əsasında komandanı tərk etmişdir.

