30 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Qarabağ” macarıstanlı futbolçu ilə anlaşdı – Bir milyon təzminat, 3 illik müqavilə

“Qarabağ” Macarıstan millisinin müdafiəçisini transfer edir.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, “Zalaegersegi” klubunun üzvü Bence Varkonyi karyerasını Azərbaycanda davam etdirəcək.

24 yaşlı mərkəz müdafiəçisi təxminən 1 milyon avro qarşılığında “Qarabağ”a transfer olunur. Onun Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki, təcrübəli futbolçu ötən mövsüm komandası ilə 30 oyunda forma geyinib. Onun klubu ilə 2027-ci ilə qədər müqaviləsi var. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43