30 İyun 2026
Ölkə futbolu

Asim Xudiyevə yeni mövsümün ilk təyinatı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan 2026/2027-ci illər mövsümü üçün ilk təyinatı alıb.

 

İdmanxeber.az-ın məlumatına görə, o, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 8-də keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Sutyeska” (Monteneqro) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma Almati şəhərində yerləşən “Ortalik” stadionunda baş tutacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43