“Barselona” hücum xəttini gücləndirmək üçün Harri Keyni heyətinə qatmaq istəsə də, transfer baş tutmayıb.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə millisinin kapitanı “Bavariya”da qalmağa üstünlük verib və yeni müqavilə imzalamağa yaxındır.
32 yaşlı hücumçu ötən mövsüm klubu və millisi üçün keçirdiyi 59 oyunda 70 qol vurub.

