“Tottenhem” “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalinin transferi üçün yeni addım atıb.
İdmanxeber.az-ın məlumatına görə, London klubu 86 milyon funt sterlinqlik təklif irəli sürüb. Bildirilir ki, italiyalı futbolçu şəxsi müqavilə şərtlərində razılığa yaxındır.
Lakin “Nyukasl” hələlik aparıcı oyunçusunu satmaq istəmir.
Tonali ötən mövsüm bütün turnirlərdə 45 oyunda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

