30 İyun 2026
Ölkə futbolu

Mahir Emreli ilə bağlı şok xəbər – Baş məşqçi qərarını verdi  

Azərbaycan millisinin futbolçusu Mahir Emreli növbəti dəfə komandasını dəyişə bilər.

İdmanxeber.az Almaniyanın “Südwest24” nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi “Kayzerslautern”in baş məşqçisinin gələcək planlarına daxil deyil. Hətta Mahirə özünə yeni klub axtarmasının da bildirildiyi iddia olunur.

Məqalədə mütəxəssisinin Mahirə bundan sonra şans verməyəcəyi də qeyd edilib.

Xatırladaq ki, Emrelinin Almaniya klubu ilə 2028-ci ilə qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43