01 İyul 2026
Dünya futbolu

“Latsio”dan gənc ulduz üçün təklif

İtaliyanın “Latsio” klubu “Bavariya”nın gənc yarımmüdafiəçisi Yonatan Asp Yensen üçün 4 milyon avroluq təklif göndərib.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar davam edir və müqaviləyə geri alma maddəsinin əlavə olunması da müzakirə edilir. 20 yaşlı danimarkalı ötən mövsümü icarə əsasında “Qrasshopper”də keçirib.

O, 2025/26 mövsümündə 34 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. “Latsio” transferi yaxın günlərdə yekunlaşdırmağa çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43