01 İyul 2026
Dünya futbolu

“Arsenal” hücumçu transferində israr edir

“Arsenal” “Aston Villa”nın hücumçusu Morqan Rocersi transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Birmingem klubu futbolçunu 130 milyon funt sterlinqdən aşağı qiymətə satmaq niyyətində deyil. 22 yaşlı futbolçuya bir neçə top-klub da maraq göstərir, lakin “Arsenal” danışıqları davam etdirən əsas namizədlərdən biridir.

Rocers ötən mövsüm bütün turnirlərdə 49 oyunda 17 qol və 14 məhsuldar ötürmə ilə çıxış edib. Transferin yaxın günlərdə daha da sürətlənəcəyi gözlənilir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43