01 İyul 2026
Ölkə futbolu

AFFA rəsmisinə UEFA-dan təyinat

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

 

İdmanxeber.az-ın məlumatına görə, o, UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də keçiriləcək “Elbasani” (Albaniya) – BATE (Belarus) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43