01 İyul 2026
Ölkə futbolu

“Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün daha iki yoxlama oyunu keçirəcək.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Ukraynanın “Xarkov” klubu ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qurban Qurbanovun komandası 2-ci matçında “Ferentsvaroş”la qarşılaşacaq. Macarıstan klubu ilə görüş saat 19:30-da start götürəcək. 

Xatırladaq ki, “Qarabağ”  Avstriyadakı ilk yoxlama oyununda yerli “Tirol” klubuna 4 cavabsız qolla qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43