“Real” keçmiş futbolçusu Niko Pas üçün geri satınalma hüququndan istifadə etməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, klubun “Komo”ya son qərarı verməsi üçün vaxt qoyduğu bildirilir. 20 yaşlı yarımmüdafiəçi İtaliya A Seriyasında uğurlu mövsüm keçirərək Avropanın diqqətini cəlb edib.
O, ötən mövsüm 38 oyunda 9 qol və 8 məhsuldar ötürmə müəllifi olub.
Madrid təmsilçisi futbolçunu yeni mövsümdə əsas heyət üçün nəzərdə tutur.

