Azərbaycan milli komandasının və Xorvatiyanın “Varajdin” klubunun yarımmüdafiəçisi Rüfət Abdullazadə karyerasını İsraildə davam etdirəcək.
İdmanxeber.az xəbər verir ki, 25 yaşlı futbolçu icarə əsasında İsrailin “İroni” (Kiryat-Şmona) klubuna transfer olunub. Tərəflər arasında müqavilə artıq imzalanıb.
Qeyd edək ki, Rüfət Abdullazadə ötən mövsümün ikinci yarısını da icarə əsasında keçirib. O, həmin dövrdə “Zirə”nin formasını geyinərək Azərbaycan Premyer Liqasında çıxış edib.

