“Barselona” yetirməsi Ansu Fatinin “Monako”ya transfer olunduğunu rəsmən açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu bu keçiddən 11 milyon avro gəlir əldə edəcək. Müqavilədə futbolçunun növbəti satışından faiz maddəsi də yer alıb.
23 yaşlı hücumçu ötən mövsüm 28 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Barselona” bu satışla maaş büdcəsini də əhəmiyyətli dərəcədə azaltmağı bacarıb.

