“Turan Tovuz”un sabiq kapitanı Şəhriyar Əliyev özünə komanda axtarır.
İdmanxeber.az-a verilən məlumata görə, müdafiəçi Özbəkistana yollanıb. Buna səbəb sözügedən ölkədən oyunçuya təkliflərin olmasıdır.
Əliyev hazırda bir neçə klubla danışıq aparı. Yaxın günlərdə o, Özbəkistan komanlarının biri ilə müqavilə bağlayacaq.
Bir neçə gündü Daşkənddə olan futbolçu orada fərdi məşqlərini də davam etdirir.
Xatırladaq ki, “Turan Tovuz” Ş.Əliyevlə başa çatan müqaviləni uzatmayıb. Futbolçu hazırda azad agendir.

