Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.
İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Xarkov”la üz-üzə gəlib. Qarşılaşma Ukrayna təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan klubunun qollarınını Jali Muaddib ilə Kadi Borges vurub.
“Qarabağ” bu gün daha bir hazırlıq matçı keçirəcək. Ağdamlılar Bakı vaxtı ilə saat “Ferentsvaroş”la qarşılaşacaqlar.
Qeyd edək ki, “Qarabağ” Avstriyada keçirdiyi ilk sınaq oyununda yerli “Tirol” klubuna 4:0 hesabı ilə qalib gəlib.

