02 İyul 2026
Kateqoriyasız

“Bavariya” mərakeşli futbolçu ilə anlaşdı

Almaniya çempionu “Bavariya” PSV-nin və Mərakeş millisinin hücumçusu İsmayıl Saibarinin transferini rəsmən açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisinin bu keçid üçün təxminən 55 milyon avro ödədiyi bildirilir. 25 yaşlı futbolçu dünya çempionatından sonra yeni komandasına qoşulacaq.

Saibari ötən mövsüm PSV-də 42 oyunda 23 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43