02 İyul 2026
Dünya futbolu

“Arsenal” braziliyalı futbolçuda israr edir

“Arsenal” “Nyukasl”ın kapitanı Bruno Gimarayeşi transfer etmək niyyətindən əl çəkməyib.

İdmanxeber.az-ın məlumatına görə, London klubunun yaxın günlərdə 65-80 milyon funt sterlinq arasında dəyişən rəsmi təklif göndərəcəyi bildirilir.

“Nyukasl” futbolçunu satmaq istəməsə də, böyük məbləğ qarşılığında qərarını dəyişə bilər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43