03 İyul 2026
Ölkə futbolu

Berdiyev onları yetərli görmür – Azərbaycanlı futbolçular göndərilir 

“Turan Tovuz” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, baş məşqçi Kurban Berdiyev bir neçə futbolçunu komandadan göndərmək istəyir. Bunlardan ikisi Xəyal Nəcəfovla Fərid Yusiflidir.

Təcrübəli mütəxəssis oyunçuların performansını yetərli görmür. Bu səbəbdən də onlar növbəti mövsümün planlarına daxil deyil.

Əgər futbolçular daha çox forma şansı qazanmaq istəyirlərsə, komandadan ayrılmalıdır. Hər iki futbolçunun klubla müqaviləsi davam etdiyi üçün onların birdəfəlik gedəcəyi çətin görünür.

Buna görə də rəhbərlik adıçəkilən futbolçuları icarəyə göndərmək niyyətindədir. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43