02 İyul 2026
Ölkə futbolu

“İmişli” baş məşqçisini açıqladı – RƏSMİ

“İmişli”nin yeni baş məşqçisi açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bu vəzifəyə Fərid Namazov təyin edilib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Bildirilir ki, UEFA Pro kateqoriyalı mütəxəssis karyerası ərzində “Qarabağ”, “Səbail”, Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında uğurla fəaliyyət göstərib.

Qeyd edək ki, daha öncə də bölgə təmsilçisini çalışdıran mütəxəssisin rəhbərliyi altında klub 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43