03 İyul 2026
Dünya futbolu

“Mançester Siti” 16 yaşlı futbolçu transfer edir

“Mançester Siti” “Lester”in 16 yaşlı cinah oyunçusu Ceremi Monqanın transferini başa çatdırmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına, gənc futbolçunun əsas namizədi hesab olunan “Arsenal” yüksək transfer tələbi səbəbindən yarışdan geri çəkilib. “Lester” Monqa üçün təxminən 10 milyon funt sterlinq tələb edir.

Ceremi Monqa ötən mövsüm “Lester Siti”nin heyətində bütün turnirlərdə 27 oyuna çıxıb.

O, 2025-ci ilin aprelində 15 yaş 271 günlük olarkən Premyer Liqada debüt edərək turnir tarixinin ən gənc futbolçularından biri olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43