03 İyul 2026
Dünya futbolu

Xorvatiyalı futbolçu İngiltərədə oynayacaq

“Brayton” Xorvatiyanın gənc müdafiəçisi Luka Vuşkoviçin transferini yekunlaşdırmağa çox yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, klub futbolçunun keçidi üçün təxminən 58,5 milyon avroluq razılıq əldə edib. Müdafiəçi ilə Almaniya və İtaliya klubları da maraqlansa da, “Brayton” daha çevik davranaraq üstünlük qazanıb.

19 yaşlı futbolçunun yaxın günlərdə tibbi müayinədən keçəcəyi gözlənilir. Vuşkoviç ötən mövsüm bütün turnirlərdə 41 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43