“Vest Hem” “Lester”in qanalı cinah oyunçusu Abdul Fatavunu transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi artıq futbolçunun nümayəndələri ilə ilk təmasları qurub. “Lester”in aşağı liqaya düşməsindən sonra Fatavunun ayrılması gözlənilir.
“Everton” və “Sanderlend” də 22 yaşlı futbolçu uğrunda mübarizə aparır.

