“Mançester Siti” “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Andersonun transferi üçün razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, transferin məbləği bonuslarla birlikdə 116 milyon funt sterlinqə çata bilər. Anderson hazırda İngiltərə millisinin heyətində dünya çempionatındadır və tibbi müayinədən də keçib.
Ötən mövsüm 46 oyunda 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

