Macarıstanın “Ferentsvaroş” klubunun nigeriyalı hücumçusu Bamidele Yusuf “Qarabağ”ın maraq dairəsinə düşüb.
İdmanxeber.az xəbər verir ki, bu barədə xarici mətbuatda xəbərlər dolaşır. İddiaya görə, Ağdam təmsilçisi futbolçunun transferi üçün Macarıstan klubuna 3 milyon avro məbləğində rəsmi təklif göndərib.
Hazırda nigeriyalı futbolçu üçün tərəflər arasında danışıqların davam etdiyi vurğulanır .
25 yaşlı futbolçu ötən mövsüm “Ferenstvaroş”un heyətində 37 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə verib.
Xatırladaq ki, Ağdam klubu Macarıstan klubunun digər futbolçusu Cəbrail Makreçkisi transfer edib.

