03 İyul 2026
Ölkə futbolu

“Zirə”nin yeni transferi ciddi zədə aldı – Uzun müddət oynamayacaq 

“Zirə”nin yeni transferi ciddi zədə alıb.

İdmanxeber.az-a verilən məlumata görə, komandaya yeni cəlb edilən futbolçu Maykon Kleyton sıradan çıxıb. Braziliyalı qapıçı məşqdə ciddi zədə alıb və uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Bunun ardından qəsəbə təmsilçisi bu gün azərbaycanlı qapıçı Hüseynəli Quliyevi transfer edib. 

Xatırladaq ki, “Zirə” Maykon Kleytonla 2 illik müqavilə bağlamışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43