06 İyul 2026
Ölkə futbolu

“Kəpəz” müdafiəçi transfer etdi – Danışıqlar yekunlaşdı

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi Urfan Abbasovla anlaşıb. Tərəflər arasında danışıqların müsbət yekunlaşdığı bildirilir.

“Sarı-göylər” yaxın vaxtda futbolçunun keçidini açıqlayacaq. 

Abbasov ötən mövsümü “Araz-Naxçıvan”da keçirib. Naxçıvan klubu onunla başa çatan müqaviləni yeniləməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43