Azərbaycanlı futbolçu Sertan Taşkın da ölkəni tərk edə bilmir.
İdmanxeber.az-a verilən məlumata görə, futbolçunun ölkədən çıxışına qadağa qoyulub. Müdafiəçinin hərbi xidmətlə bağlı problemi olduğu üçün belə bir qərar verilib.
Taşkın ötən mövsümü Türkiyənin “Serikspor” klubunda keçirib.
Xatırladaq ki, daha öncə digər azərbaycanlı futbolçu Zamiq Əliyevin də eyni problemlə üzləşdiyini xəbər vermişdik.

