“Fənərbağça”dan ayrıldıqdan sonra azad agentə çevrilən 35 yaşlı hücumçu Cenk Tosun I Liqa təmsilçisi “Fatih Karagümrük”lə razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu yaxın günlərdə İstanbul klubu ilə müqavilə imzalayacaq.
Cenk Tosun ötən mövsümün ikinci yarısını icarə əsasında “Kasımpaşa”da keçirib və 11 oyunda 1 qola imza atıb.

