UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Sabah” – TNS oyununa satılan bilet sayı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmaya indiyədək 5000-ə yaxın bilet satılıb. Görüş saatına qədər bu rəqəmin artacağı gözlənilir.
Oyun iyulun 7-də “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.

