Braziliya millisinin hücumçusu Neymar ölkə futbolunun tarixinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı futbolçu dünya çempionatının 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzduqları oyunda fərqlənərək yığmadakı 80-ci qolunu vurub. Bununla da o, Braziliya millisinin tarixində 80 qol həddinə çatan ilk futbolçu olub.
Qarşılaşmadan sonra Neymar milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

