PSJ gənc qapıçı Renato Marinin Portuqaliyanın “Nasional” klubuna 1 illik icarəyə verildiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, m üqavilədə satınalma hüququ nəzərdə tutulmayıb. Paris təmsilçisi onun daha çox oyun praktikası qazanmasını istəyir.
19 yaşlı qolkiper ötən mövsüm əsas komandada rəsmi oyuna çıxmasa da, daima ehtiyat heyətdə yer alıb.

