06 İyul 2026
Ölkə futbolu

Keyta “Qəbələ”yə gəldi, 15 gün sonra getdi – RƏSMİ

“Qəbələ” futbolçusu Seydina Keyta ilə yolları ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmti məlumat yayıb.

Bildirilib ki, futbolçu ilə 21 iyun 2026-cı il tarixində bağlanmış müqaviləyə onun şəxsi problemləri səbəbindən qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2026-cı ilin yanvarından “Qəbələ”nin şərəfini qoruyan seneqallı futbolçu bu müddət ərzində 19 oyunda meydana çıxıb və 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43