07 İyul 2026
Dünya futbolu

Premyer Liqa klubu isveçrəli futbolçunu transfer edir

“Nyukasl” Almaniyanın “Frayburq” klubunun gənc yarımmüdafiəçisi Yohan Manzambi ilə maraqlanmaqda davam edir.

İdmanxeber.az-ın məlumatına görə, hələlik klublar arasında transferlə bağlı razılıq əldə olunmayıb və konkret danışıqlara başlanılmayıb.

İsveçrə millisinin heyətində dünya çempionatında uğurlu çıxışı ilə diqqət çəkən 20 yaşlı futbolçu üçün təxminən 51 milyon funt sterlinq tələb edir.

Gənc yarımmüdafiəçi bu gün keçiriləcək dünya çempionatının 1/8 final mərhələsində İsveçrə millisinin Kolumbiya ilə oyununda da meydana çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43