Argentinalı hücumçu Tiaqo Almada karyerasını yenidən vətənində davam etdirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, “River Pleyt” futbolçunun transferi üçün “Atletiko”la razılıq əldə edib. Rəsmi açıqlamanın dünya çempionatı başa çatdıqdan sonra veriləcəyi gözlənilir.
Transferin təxminən 20 milyon dollar qarşılığında, futbolçunun hüquqlarının 50 faizi üçün həyata keçiriləcəyi bildirilir. 25 yaşlı oyunçu ötən mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
Almada daha çox oyun praktikası qazanmaq istədiyi üçün ayrılmağa qərar verib.

