07 İyul 2026
Ölkə futbolu

“Qarabağ”dan ayrıldı, “Sabah”la müqavilə bağladı – RƏSMİ

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Amin Ramazanov bundan sonra komandanın uğurları üçün çalışacaq. 23 yaşlı qapıçı ilə 2 illik müqavilə bağlanıb.

Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yetirməsi olan Amin karyerası ərzində “Qarabağ” və “Zaqatala” klublarında çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43