“Milan”ın portuqaliyalı cinah hücumçusu Rafael Leao ilə bağlı yeni transfer iddiası ortaya çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Tottenhem”ə keçid variantını nəzərdən keçirməyə hazırdır. Hələlik klublar arasında rəsmi danışıqların yekunlaşdığı bildirilmir və keçid söylənti mərhələsindədir.
Leao ötən mövsüm 48 oyunda 17 qol vurub, 14 məhsuldar ötürmə edib. Onun yüksək sürəti və fərdi keyfiyyətləri səbəbindən bir neçə Avropa nəhəngi də vəziyyəti izləyir.
Yaxın günlərdə bu transferlə bağlı daha ciddi addımların atılacağı gözlənilir.

