Ötən mövsümün ikinci yarısını “Kəpəz”də keçirən Yusif İmanovun yeni klubu müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “İmişli” ilə anlaşıb. Tərəflər dünən rəsmi müqavilə bağlayıb. Futbolçu yaxın vaxtda komandanın düşərgəsinə qoşulacaq.
İmanov karyerasını ərzində “Sabah”, “Malişeva”, “Kəpəz” kimi klublarda forma geyinib. O, bir dönəm Azərbaycan milli komandasında da çıxış edib.

