Kateqoriyasız

AFFA qərarını verdi: “Böyük oyun”da lənkəranlı azərkeşlər olmayacaq

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda 2014/2015 mövsümündə keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” matçlarında baş verə biləcək hər hansı insidentin qarşısını almaq, eləcə də keçən mövsüm yaşanmış hadisələrin yenidən baş verməməsini nəzərə alaraq bu mövsüm də, İntizam Komitəsinin 2013/2014 mövsümündə qəbul edilmiş qərarları qüvvədə saxlanılıb.

Beləliklə,  “Neftçi” və “Xəzər Lənkəran” klublarının iştirakı ilə keçiriləcək Azərbaycan Premyer Liqası və Azərbaycan kuboku matçlarında, bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43