Kateqoriyasız

Debütant heyətinə Türkiyədə çıxış edən futbolçu qatdı

Transferlərə doymayan debütant daha bir futbolçu ilə anlaşıb.

İdmanxeber.com-un məlumatına görə, ötən mövsümü Türkiyənin Dənizlispor klubunda çıxış edən milli komandamızın sabiq üzvü Saşa Yunisoğlu yeni komanda ilə razılığa gəlib. 28 yaşlı müdafiəçi bundan sonra premyer liqanın debütantı “Araz-Naxçıvan”-nın uğurları üçün tər tökəcək. Futbolçu ilə 1 illik  müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43