Milli komanda

Bolqarıstan Futbol Federasiyasının prezidenti: “Bizi çox çətin oyun gözləyir”

Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov “AÇ-2016”nın seçmə mərhələsi çərçivəsində bu gün milli komandamıza qarşı keçirəcəkləri oyun haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, Mixaylov bu fikirləri deyib:

“Bizi çox çətin oyun gözləyir. Azərbaycanla qarşılaşma qrupun ən əhəmiyyətli matçıdır. Sonrakı oyunlarımızın da hər biri çətin olacaq. Ancaq bügünki görüşün nəticəsi digər oyunlarımıza da təsir edəcək. Ən pis halda heç-heçəyə oynamalıyıq. Komandamız Bakıdakı matça başqa nəticə üçün çıxa bilməz. Kapitanımız İvelin Popovun oyunu buraxması bizim üçün böyük zərbə oldu. Bundan başqa aparıcı futbolçularımızdan İvan İvanovun da zədələnməsi işimizi çətinləşdirir. Bununla belə, səfərdən yaxşı nəticə ilə qayıdacağımıza ümid edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43