Kateqoriyasız

AFFA rəhbərliyi FİFA-nın növbədənkənar Konqresində

Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbədənkənar Konqresi keçiriləcək.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov Konqresdə iştirak edəcək.

Qeyd edək ki, növbədənkənar Konqresdə FİFA prezidenti vəzifəsinə seçki keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43