Ölkə futbolu

AFFA “Şamaxı”nı cəzalandıracaq – BU SƏBƏBƏ GÖRƏ

Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının 15-ci turunda baş tutan “Şamaxı” – “Kəpəz” görüşündə insident yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, oyunun sonlarına yaxın futbolçular arasında baş vermiş gərginlik daha da artınca meydana hər iki klubun məqçiləri və futbolçuları daxil olub. 

Meydana həm də bir nəfər kənar şəxsin girməsi diqqətdən yayınmayıb. Bu şəxsin meydana necə və hansı formada girməyi isə ayrıca sual doğurur. Çox güman ki, insident baş verən zaman AFFA meydana daxil olan kənar şəxsə görə “Şamaxı”nı cəzalandıracaq. İntizam Komitəsinin bölgə klubuna hansı cəzanı verəcəyi isə maraqlıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43