Ölkə futbolu

AFFA “Simurq”un baş məşqçisini və klubları cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, iclasda kubokun yarımfinal və Premyer Liqanın 32-ci turunun oyunlarında baş vermiş qayda pozuntularına hüuqi qiymət verilib:

Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının 32-ci turunun “Qəbələ” – “Simurq” matçının 83-cü dəqiqəsində “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze texniki zona qaydalarını pozduğuna görə  meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXXII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 1000 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43