16 Sentyabr 2024
Ölkə futbolu

Aleksey Kaşuk: “Qurban Qurbanov futbolçuları necə inkişaf etdirməyi bilir”

“Transferimdə bir nömrəli amil Qurban Qurbanovdur. O, çox uzun müddətdir, burada çalışan və komandanı Çempionlar Liqasının qrup mərhələsinə və Avropa Liqasının 1/8 final mərhələsinə çıxaran məşqçidir. Qurban Qurbanov futbolçuları necə inkişaf etdirməyi bilir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Aleksey Kaşuk Ağdam klubuna keçidi barədə Ukrayna mətbuatına danışarkən deyib. O, daha sonra belə davam edib:

“Mən artıq bu çempionatda və bu ölkədə oynamışam. Uyğunlaşmışam. Ona görə də “Qarabağ”da avrokuboklarda özünü göstərmək imkanı üçün ən yaxşı  yoludur”.

Qeyd edək ki, “Qarabağ” ukraynalı futbolçu ilə 3 illik müqavilə imzalayıb.

Alekset Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yetirməsidir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43